Evin həyətində özünü asdı

evin-heyetinde-ozunu-asdi
Oxunma sayı: 640

Masallı rayonunda intihar hadisəsi baş verib.

"Qafqazinfo" xəbər verir ki, Masallı rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə rayonun Axundov küçəsi, ev 13-də baş verib. Həmin ünvanda yaşayan 1962-ci il təvəllüdlü Məmmədov Ərəstun Cabbar oğlu özünü yaşadığı evin həyətindəki ağacdan asıb. İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Masallı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.