Evin iki otağı kül oldu -

evin-iki-otagi-kul-oldu-
Oxunma sayı: 803


“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, rayonun Türkədi kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 110 kv.m olan birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları 70 kv.m sahədə və evə bitişik ümumi sahəsi 70 kv.m olan lambirdən ibarət talvar yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

“Qafqazinfo”