Evində döyülən ahıl kişi öldü - Bakıda

evinde-doyulen-ahil-kisi-oldu
Oxunma sayı: 1645

Fevralın 10-da Bakının Hövsan qəsəbəsində yaşadığı mənzildə naməlum şəxslər tərəfindən döyülən 72 yaşlı kişi xəstəxanada ölüb.

QafqazinfoLent.az-a istinadən xəbər verir ki, 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilən 1945-ci il təvəllüdlü Əliyev Yavər Nemət oğlu daxili orqanlarının zədələnməsi səbəbindən həyatını itirib.

Qeyd edək ki, həmin vaxt naməlum şəxslər Yavər Əliyevin evdə tək olmasından istifadə edərək, quldurluq yolu ilə mənzilə daxil olublar və onu döyərək pul və qızıl tələb ediblər.

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda cinayət işi açılıb, əməliyyat-axtarış tədbirləri həyata keçirilir.