"Qafqazinfo" FHN-nin saytına istinadən xəbər verir ki, nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər dördmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilin eyvanına qonşu mənzilin eyvanından keçərək içəri daxil olublar.
Huşsuz vəziyyətdə tapılan Sürəyya Həkinskaya Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən xəstəxanaya aparılıb. Müayinə nəticəsində onun vəfat etdiyi müəyyən olunub. 82 yaşlı qadının cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.