Şirvan şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan 1962-ci il təvəllüdlü Məmmədov Ramiz Azər oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat başa çatıb.
Son xəbərlər
Son Xəbərlər