Evində meyiti tapıldı

evinde-meyiti-tapildi
Oxunma sayı: 1183

Bakı şəhərinin Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. 

“Qafqazinfo” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan 1957-ci il təvəllüdlü Kərimov Elzibar Namaz oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər. 

Əməliyyat başa çatıb.