Evində narkotik yetişdirən şəxs saxlanılıb - Foto

Evində narkotik yetişdirən şəxs saxlanılıb
Oxunma sayı: 1330

Tovuz rayonunda həyətində dibçəkdə narkotik əkən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, Tovuz RPŞ və Tovuz Regional Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, 28 yaşlı Elvin Süleymanov saxlanılıb. Ona məxsus fərdi mənzilə baxış keçirilib, bu zaman oradan kultivasiya yolu ilə yetişdirilmiş 70 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub. Faktla bağlı araşdırma aparılır.





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi