Evində ölü tapıldı

evinde-olu-tapildi
Oxunma sayı: 2577


“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Şəki şəhərində mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər evə baxış keçirərkən ev sahibi 1977-ci il təvəllüdlü Səmədov Əbülfəz Nazim oğlunun cəsədini aşkar edib və aidiyyəti üzrə təhvil veriblər.