“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda mənzildə bağlı qapı arxasında 1985-ci il təvəllüdlü kişi köməksiz vəziyyətdə qalıb. FHN-in xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və Zahidov Renat Çingiz oğlu mənzildə huşsuz vəziyyətdə aşkarlanıb.
Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində R. Zahidovun vəfat etdiyi müəyyən olunub.
Qeyd olunan şəxsin meyiti xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.
Son xəbərlər
Son Xəbərlər