Bakıdakı mənzildə meyit tapılıb.
“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Dərhal FHN-in xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilin giriş qapısını açıb, 1967-ci il təvəllüdlü Salahov Orxan Mehman oğlunun cəsədini aşkar edib və aidiyyəti üzrə təhvil veriblər.
Son xəbərlər
Son Xəbərlər