Bakıda 69 yaşlı qadın evində ölü tapılıb.“Qafqazinfo” xəbər verir ki, FHN-nin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilə daxil olaraq orada aşkarlanan 1950-ci il təvəllüdlü Mayilova Sədəqəd Xanbala qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.
Son xəbərlər
Son Xəbərlər