Evində təmir aparan kişi ağır yaralandı, Bakıya göndərildi

evinde-temir-aparan-kisi-agir-yaralandi-bakiya-gonderildi
Oxunma sayı: 1719

Biləsuvarda kişi evində təmir apararkən ağır yaralanıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Aranlı kəndində qeydə alınıb.

Belə ki, rayon sakini, 1971- cil təvəllüdlü Mənsimov Asif Əliheydər oğlu mənzilində havalandırma pərini təmir etməyə çalışıb.

Bu zaman işlək vəziyyətdə olan pərin qəfildən qırılması ona ağır xəsarət yetirib.

A.Mənsimovun sağ budu deşilərək, arteriya damarı zədələnib. O, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin yardım göstərildikdən sonra xəsarətin ciddi olması nəzərə alınaraq, yaralı Bakı xəstəxanalarından birinə yola salınıb.