Evində yanaraq öldü

evinde-yanaraq-oldu
Oxunma sayı: 2986

Şəmkirdə ölümlə nəticələnən yanğın baş verib.

"Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Əliyaqublu kəndində qeydə alınıb.

Kənd sakini Cəmilə Məmmədovanın evində hələlik səbəbi məlum olmayan yanğın olub. Ev sahibi yanaraq dünyasını dəyişib. Onun meyiti hadisə yerində aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Amin Nəzərli