Evində yıxıldı, qarnına bıçaq batdı - Şəkidə

evinde-yixildi-qarnina-bicaq-batdi
Oxunma sayı: 1278

Şəki sakini ehtiyatsızlıqdan özünü bıçaqlayıb. "Qafqazinfo" xəbər verir ki ,səhər saatlarında Şəki rayon Mərkəzi Xəstəxanasına bıçaq yarası ilə şəhər sakini 1985-ci il təvəllüdlü Gülşən Rafiq qızı Yusubova daxil olub.

Müayinə zamanı 34 yaşlı Gülşən Yusubovaya sağ qabırğaaltının kəslimiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub. Məlum olub ki, G.Yusubova yaşadığı evdə yıxılıb, əlində olan bıçaq isə bədəninə batıb.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Məmmədov