Evindən 12 kiloqramdan çox narkotik çıxdı

evinden-12-kiloqramdan-cox-narkotik-cixdi
Oxunma sayı: 986

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Q.Vəliyev Suraxanı rayonu ərazisində saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, şəxsi axtarış zamanı 60 qramdan artıq heroin aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun Qaraçuxur qəsəbəsindəki mənzilinə baxış zamanı isə 9 kiloqramdan artıq heroin, 1 kiloqram 880 qram metamfetamin, 525 qram tiryək, 1 kiloqram həşiş, 1900 ədəd metadon həbi və 3 ədəd elektron tərəzi götürülüb.