Evindən 4 kq-a yaxın narkotik çıxdı - Foto

evinden-4-kq-a-yaxin-narkotik-cixdi
Oxunma sayı: 1008

Astarada 4 kiloqrama yaxın narkotik vasitə, əlavə olaraq psixatrop maddə və narkotik tərkibli həblər aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

“Qafqazinfo”nun DİN-ə istinadən məlumatna görə, əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Səncərədi kənd sakini Azər Əliyev 30 qram çəkidə narkotik vasitə tiryəki satarkən cinayət başında saxlanılıb. Əməliyyat tədbirlərinin davamı olaraq onun Səncərədi kəndindəki yaşadığı evə keçirilən baxış zamanı oradan 3 kiloqram 900 qram narkotik vasitə tiryək, 447 ədəd narkotik tərkibli metadon həblər, 35 qram psixatrop maddə metamfetamin və narkotik vasitələrin satışında istifadə etdiyi elektron tərəzi aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.