Evindən bükümlərdə narkotik çıxdı - Foto

evinden-bukumlerde-narkotik-cixdi
Oxunma sayı: 905

Ağdaş şəhər sakini 40 yaşlı Teymur Əzizov saxlanılıb.

DİN Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 1 ədəd kiçik sellofan bükümdə satış məqsədilə saxladığı 1,3 qram narkotik vasitə olan heroin aşkar edilib. Davam etdirilən tədbirlərlə T.Əzizovun yaşadığı evə də baxış keçirilib. Oradan ümumilikdə 15 ədəd sellofan və kağız bükümlərdə heroin və qurudulmuş marixuana, həmçinin 1 ədəd elektron tərəzi aşkar olunaraq maddi sübut kimi götürülüb.

Digər əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər də dəfələrlə məhkum olunmuş Anar Süleymanov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 1 ədəd bükümdə heroin aşkar edilib.

Faktlarla bağlı araşdırma aparılır.