Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Gəncə şəhəri, Nizami rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
“Qafqazinfo” FHN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, nazirliyin Gəncə regional mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin giriş qapısını açıb və 1941-ci il təvəllüdlü Səfərov Yusif Məhi oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat gecə saat 02:39-da başa çatıb.
Son xəbərlər
Son Xəbərlər