Bakıda keçmiş məhkumun evindən qumbara və çətənə kolları aşkarlanıb.
Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Pirallahı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsəbə sakini, əvvəllər məhkum olunmuş Faiq Sadıqovun evinə baxış zamanı fişəng atan tapança, 36 ədəd müxtəlif çaplı patron, 1 ədəd “RQD” və 1 ədəd “F-1” qumbaraları, habelə dibçəkdə kultivasiya yolu ilə yetişdirilmiş 14 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Son xəbərlər
Son Xəbərlər