Evinə 50 nəfərdən çox qonaq çağıranlar cərimələndi - Foto

evine-50-neferden-cox-qonaq-cagiranlar-cerimelendi
Oxunma sayı: 1410

Goranboy rayonunun  Alırzalı, Hacalı kəndlərində və Dəliməmmədli şəhərində karantin qaydalarının pozularaq toy məclisi keçirilməsi aşkar edilib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə,araşdırmalar zamanı məlum olub ki, hər 3 ünvanda ev sahibləri 50 nəfərdən artıq qonaq çağırmaqla övladına toy mərasimi təşkil edib. 

Polis əməkdaşları iştirakçılarla profilaktiki söhbətlər apararaq karantin qaydalarını xatırladıb və  mərasim təşkilatçıları barədə inzibati protokol tərdib edib.