Ukraynanın 2-ci liqasında çıxış edən “Qostomel” klubunun futbolçusu Dmitro Martinenko Rusiya hərbçilərinin bombardımanı zamanı həlak olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Bildirilib ki, Kiyevdə yaşayan futbolçunun evinə bomba düşüb. Hadisə nəticəsində futbolçu və anası həyatını itirib.
Qeyd edək ki, D.Martinenko Ukrayna 2-ci liqasının ən çox qol vuran və ən yaxşı oyunçusu olub.

Son xəbərlər
Son Xəbərlər