Evinə gizli girən fanatının həbsini istəyir

evine-gizli-giren-fanatinin-hebsini-isteyir
Oxunma sayı: 2399

Türkiyənin məşhur müğənnisi Hande Yener pərəstişkarından hüquq-mühafizə oqranlarına şikayətçi olub.

“Qafqazinfo” xəbər verir ki, sənətçi şikayət ərizəsində Recep G. tərəfindən növbəti dəfə narahat edildiyini bildirib.

Hande qeyd edib ki, sözügedən şəxs evinə gizli şəkildə girərək ona qorxu dolu anlar yaşadıb. Bu səbəbdən müğənni fanatının həbsini tələb edib. 

Qeyd edək ki, Recep G. 2016-cı ildə də Handenin evinə girmişdi.