“Qafqazinfo”ya müraciət edən Xətayi rayonu NZS qəsəbəsi Gəncə küçəsi 4/7 ünvanında yaşayan Musayeva Kifayət Əli qızı bildirib ki, sonradan aldıqları bu evin “luk”un üzərində inşa edildiyi məlum olub. Bu ayın əvvəli borulardan ötürülən suyun həcmi artıqdan sonra mənzillərini və yaxınlıqda yerləşən bir neçə evi su basıb.
Sakin bildirir ki, hadisə baş verən gün Xətayi Rayon Polis İdarəsinin əməkdaşları, Fövqəladə Hallar Nazirliyi, Azərsu, Kanalizasiya İdarəsinin əməkdaşları orada olublar. Kanalizasiya İdarəsi yanvarın 2-dən mənzildə qazıntı işləri aparıb, lakin 10 gündən çox vaxt keçsə də üstünü örtmək istəmirlər:
“Şikayət etdik, lakin bizə bildirdilər ki, biz kanalizasiya borusunun keçdiyi daha 4-5 evdə olacağıq, hələ işlərimiz çoxdur. Siz bizi gözləməyin, yaxşı olar ki özünüz təmir edəsiniz. Ev yaşanmalı halda deyil, artıq 10 gündən çoxdur ki, başqa yerdə qalmaq məcburiyyətindəyik”.
Son xəbərlər
Son Xəbərlər