Evini tərk edən “COVID-19” xəstəsi barədə cinayət işi açıldı - Video

evini-terk-eden-covid-19-xestesi-barede-cinayet-isi-acildi
Oxunma sayı: 2063

Ev şəraitində müalicə alan koronavirus xəstəsi - Zərdab rayon sakini Səbuhi Ağayev saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Qafqazinfo"ya bildirilib ki, araşdırma zamanı müəyyən edilib ki, aktiv COVİD-19 virusunun daşıyıcısı olan bu şəxs karantin qaydalarını kobud şəkildə pozaraq dəfələrlə polis əməkdaşlarının xəbərdarlıqlarına baxmayaraq yaşadığı ünvanı tərk edib. Onun evini tərk edərək rayon ərazisində insanların hərəkət etdiyi məkanlara getməsi polislər tərəfindən aşkar edilib.

Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə S.Ağayev yaşadığı evə qaytarılıb. Onun barəsində toplanan materiallar Zərdab RPŞ-nin İstintaq Bölməsinə təqdim edilib. S.Ağayev barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.