Evinin çardağını düzəltmək istədi, yıxılıb öldü

evinin-cardagini-duzeltmek-istedi-yixilib-oldu
Oxunma sayı: 746

Qax rayonunda 51 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

"Qafqazinfo" "Report"a istinadən xəbər verir ki, rayonun Əmircan kənd sakini, 1966-cı il təvəllüdlü Malik Ramazan oğlu Ramazanov yeni tikilməkdə olan evinin çardağında təmir apararkən yıxılıb. Yaxınları onu dərhal Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Xəstəxanadan "Report"un yerli bürosuna verilən məlumata görə, M.Ramazanova qabırğaların çoxsaylı sınığı və travmatik şok diaqnozu qoyulub. Ağır yaralı xəstəxanaya gətirildikdən 2 saat sonra orada ölüb.

Faktla bağlı araşdırma aparılır.