Türkiyədə fizioterapiya sahəsində təcrübəli mütəxəssis Enes Karabulut artıq Azərbaycanda “Referans”ın müasir texnoloji yeniliklərlə təchiz edilən yeni Fizioterapiya Mərkəzində fəaliyyətə başlayıb. Bahçeşehir Universitetinin fizioterapiya ixtisası üzrə bitirən və master dərəcəsi alan mütəxəssis həm də Almaniyada müvafiq kurslar keçib. Öz komandası ilə birlikdə bilik və təcrübəsini yerli pasiyentlərə tətbiq edir.
“Qafqazinfo” fizioterapevtlə müsahibəni təqdim edir:
- İndiyə qədər Azərbaycanda fizioterapiya xidmətləri göstərən mərkəzlər olub. Sizin bu mərkəz onlardan hansı yenilikləri ilə fərqlənir? Hansı yeni xidmət və üsullar burada tətbiq olunur?
- Mərkəzimizdə bir çox yeni xidmətlər var. Ən əsası, biz ünvanda xidmət göstəririk. İnsanlar hansı saatda zəng etsələr, evlərinə, ofislərinə, iş yerlərinə gedib onları müayinə edə bilərik. Bundan sonra isə fizioterapiya müalicəsinə başlayırıq. Pediatrik, ortopedik, nevroloji problemləri olan xəstələri mülicə edirik. Türkiyədən gələn fizioterapevtlər, uzman olmaqla bərabər həm də bir çox sahələrdə təhsil alıblar. 4 il fizioterapiya təhsili aldıqdan sonra 2 il də master dərəcəsi almaq üçün oxuyublar. Biz Türkiyədə bütün xəstə qruplarına xidmət etmişik, həmçinin, xaricdən gələn xəstələri də müalicə etmişik. İstifadə etdiyimiz fizioterapiya müalicəsi alətləri son modeldir.
- Fiziterapiya Mərkəzində hansı xəstəliklər müalicə olunur?
- Biz bütün xəstə qruplarını qəbul edirik. Nevroloji, pediatrik və ortopedik reabilitasiya sahəsindəki bütün xəstəlikləri müalicə edə bilirik. Nevroloji reabilitasiyada hemiplejik, tetrapalejik, parkinson, MS (dağınız skleroz), demensiya, alzheimer, distoni xəstəliyindən əziyyət çəkən insanları qəbul edirik.
Pediatrik reabilitasiyada tortikollis (əyriboyunluluq), skolioz (onurğa əyriliyi), ayaq deformasiyaları, anadangəlmə ayaq çıxığı, spina bifida, serebral iflic, brakial pleksus və SMA xəstəliklərini müalicə edirik.
Ortopedik reabilitasiyada osteoxondroz, qırıq və çıxıqların müalicəsi, skolioz, çarpaz bağ yaralanmalarının müalicəsi, menisk yırtıqlarının müalicəsi, revmatoid artrit, bel və boyun yırtıqları, duruş korlanmaları, idmançıların zədələri, sümük əriməsi, sinir sıxılması və sair bu kimi xəstəlikləri müalicə edirik. Eyni zamanda, tərəfimizdən manual terapiya aparılır. Bu əllə edilən müalicə üsuludur. Bu üsul həm ünvanda, həm də xəstəxanada aparılır. Ümumilikdə 40-45-ə yaxın xidmətimiz möcvuddur.
Qraston üsulu Azərbaycanda da ilk dəfə tətbiq edilir. Beləliklə, yüngül bir toxunuşla əzələlərə hərəkətlilik gətiririk. Qrastonda nəzarət edilən mikrotravma ilə əzələdə daha yaxşı bərpa əldə edilir. Bu üsul xüsusilə idmançıların müalicəsində istifadə olunur. əzələlərdə hərəkət məhdudiyyətlərini azaldır.
- Siz alzheimer, parkinson kimi xəstəliklərin adını çəkdiniz. Bunların da fizioterapiya ilə müalicəsi mümkündürmü? Varmı belə xəstələriniz?
- Bəli, alzheimer və ya parkinson xəstələrini də müalicə edirik. Məsələn, alzheimer xəstələri fizioterapiya müalicəsi aldıqları zaman özlərini daha xoşbəxt hiss edirlər, depressiyaya düşmürlər. Həyatda ümumi ehtiyaclarını daha yaxşı qarşılaya bilirlər. Belə xəstələri evin içinə qapamaq yerinə cəmiyyət içinə çıxarmaq daha yaxşıdır. Daha yaxşı hərəkət edə bilmələri üçün əzələlərinin yaxşı inkişaf etməsi lazımdır. Davamlı yatan bir xəstənin əzələləri zamanla əriyir. Buna görə də qüvvətdən düşür. Əvvəlcə belə xəstələrin əzələlərini qüvvətləndirik, buna görə əzələlərə elektrik axımı veririk. Müəyyən idman hərəkətləri edirik. Onlar öz ayaqları üstdə durur və öz ehtiyaclarını özləri ödəyirlər. Daha sonra bu xəstələri cəmiyyətə qaytarırıq. Alzheimer oldu deyə onu bir kənara buraxsaq, o xoşbəxt olmadığına görə də həyatına vida edə bilər. Bu cür xəstələrdə ən önəmli olan şey cəmiyyətə qarışmalarıdır və insanlarla söhbət etmələridir. Buna görə fizioterapiya ilə əzələlərini möhkəmləndirmək lazımdır.
Hazırda belə xəstələrimiz var. Məsələn, bir parkinson xəstəmiz var, gəlib müalicə alır. Artıq 6-7 seansdır müalicə alır və əllərində titrəmələr azalıb, daha qüvvətli olmağa başlayıb. Həmin xəstələrimizin bura hər gəldiyində insanlarla söhbət etməsini istəyirik. Havadan, sudan, nədənsə söhbət edib insanlarla münasibət qururlar və bu da onları xoşbəxt edir.
- Bəzən fizioterapiyaya insanlar ciddi yanaşmırlar, hesab edirlər ki, fizioterapevtin işi ancaq masaj etməkdir. Əslidə fizioterapevt kimdir? Hansı bilik və bacarıqları olmalıdır?
- Fizioterapiya təkcə masaj deyil. Fizioterapiya xəstəlik, yaralanma, travma və ya yaşlılıq səbəbindən azalan funksional hərəkətlərin geri qaytarılması üçün aparılan müalicədir. Bunu sadəcə masaj adı altında dəyərləndirmək düzgün olmaz. Fiziotrapevtlər insanların fiziki durumlarını düzəltməklə hərəkət qabiliyyətlərini artırmaq üçün müayinə və testlər edərlər, qoruyucu və inkişafedici protokollar tərtib edirlər. 4 il fizioterapiya fakültələrində tədris alırlar. Onların əllə manual terapiya, cihazlardan istifadə edərək idman hərəkətləri etdirmək üçün yetərli bilik və bacarığa sahib olmaları lazımdır. Bunu sadəcə masaj adı altında dəyərləndirmək olmaz.
- Sizə ən çox hansı problemlərlə müraciət edirlər? Fizioterapiya ilə tam sağalmaq mümkündürmü?
- Bizə ən çox skolioz, kifoz, bel ağrısı, ortopedik, nevroloji problemlər, uşaqlarda serebral iflic və spina bifida xəstələri müraciət edirlər.
Bəzi xəstələrin fizioterapiya ilə sağalma ehtimalı çox yüksəkdir. Bütün xəstəliklərdə erkən müalicəyə başlanılsa və tərtib olunan proqrama uyğun müalicə aparılsa, sağalma ehtimalı bir o qədər yüksək olar. Nevroloji reabilitasiyada ən önəmli hədəfimiz yaşam keyfiyyətini artırmaqdır. Fizioterapiya müalicəsində erkən başlanılıbsa, çox yüksək ehtimalla geri dönüş ola bilər. Məsələn, xəstə “ağrım oldu, bir ağrıkəsici içdim” deyə uzun müddət düşünürsə, ən uzağı 6 ay-1 il sonra ağrıları daha da artacaq. Bu dərmanlar həm də onun mədəsinə zərər vermiş olur. Ona görə də mütləq fizioterapevtə müraciət etmək lazımdır.
- Son illər bel yırtığı xəstəliyindən əziyyət çəkənlərin sayı artıb. Bəzən pasiyentlər əməliyyatdan sonra belə narahatlıqların qaldığını deyirlər. Sizə bu problemin aradan qaldırılması üçün müraciət olunurmu? Fizioterapiya yırtıqların əməliyyatsız müalicəsinə nə dərəcədə kömək edir?
- Bizə bel xəstəlikləri ilə bağlı çox müraciətlər olur. Əgər xəstə vəziyyəti daha da pisləşmədən gəlib bizdə müayinə olunursa, əməliyyata ehtiyac qalmadan biz onu müalicə edirik. Öncə beldəki yırtığın böyüməsinin qarşısını alırıq. Əgər beldə yırtıq varsa, ayaqlara doğru ağrılar olur. Ayaq barmaqlarında uyuşma hissi olur. Biz əvvəlcə bu ağrını dayandırırıq. Əgər xəstənin vəziyyəti çox pisdirsə, əməliyyat olunduqdan sonra da fizioterapiya lazım gəlir. Yəni pasiyent “mən əməliyyat oldum, artıq yırtıqla bağlı ağrım aolmayacaq” deyə düşünməməlidir. Mütləq təkrar fizioterapiya müalicə alıb yırtıq olan bölgəni sağaltmaq lazımdır. Belində yırtıq olan, ağrı olan, xüsusən ayağında ağrı olan xəstələrimizə mütləq bizə müraciət etmələrini tövsiyə edərdik.
Müraciət etmək istəyənlər üçün:
Referans Poliklinik Nəsimi filialı
Ünvan: Nəsimi rayonu, M.Mirqasımov 25 A
Çağrı Mərkəzi: *0033
Whatsapp dəstək nömrəsi: +994 70 653 00 33