Evləndikdən 6 ay sonra özünə toy etdi - Foto

evlendikden-6-ay-sonra-ozune-toy-etdi
Oxunma sayı: 2023

Bu ilin yanvarında həmkarı Ece Dağıstanla ailə quran dünya şöhrətli türkiyəli pianoçu Fazil Say özünə toy edib.

“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, 3 ildir birlikdə olduğu sevgilisi ilə İtaliyanın Milan şəhərində nikaha girən musiqiçi toy mərasimini İzmirin Çeşme Alaçatı rayonunda təşkil edib.

Hotellərin birində baş tutan mərasimə məşhur simalar da daxil olmaqla ümumilikdə 250 qonaq qatılıb.

Xatırladaq ki, Fazil Say 2013-cü ildə dini dəyərləri təhqir etməsi iddiası ilə 10 aylıq həbsə məhkum edilmişdi.