“Evlənmək istəyən gənclərə 1 ay vaxt verilsin”

evlenmek-isteyen-genclere-1-ay-vaxt-verilsin
Oxunma sayı: 2430

Əmək və əhalinin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli  çoxuşaqlı ailə məfhumunun 5-dən 3-ə endirilməsini təklif edib.

“Qafqazinfo” xəbər verir ki, parlamentdə  keçirilən dinləmədə çıxış edən deputat bunun səbəbini  müasir dövrdə ailələrdə uşaq sayının kəskin azalması ilə əlaqələndirib: “Bununla bağlı hesab edirəm ki, Azərbaycanda əhalinin təbii artımı 1,2-1,3 olduğu üçün demoqrafik baxımdan problem yoxdur”.

Deputatın sözlərinə görə,  Azərbaycana nikaha girənlərə nikah rəsmiləşdirilməsindən əvvəl bir ay vaxt verilməlidir: “Həmin bir ay müddətində gənclər üçün VVAQ şöbələrində kurslar təşkil edilsin və onlara ailənin necə olduğu, ailə dəyərləri başa salınsın. Biz nikah məsuliyyətini insanlara yenə də çatdırmalıyıq”.

Günel Türksoy