Evlənmək istəyən qızlar azı 60 kilo olmalıdı... - Dünyada qəribə adətlər

evlenmek-isteyen-qizlar-azi-60-kilo-olmalidi
Oxunma sayı: 2947

Keçmişdən bu günə kimi müxtəlif xalq və tayfaların fərqli adət-ənənələri var. 

“Qafqazinfo” onlardan bəzilərini sizə təqdim edir:

Şimali Koreyada qadınların 25, kişilərin isə 27 yaşına kimi evlənməsi qadağandır. Səbəbi isə hər kəsin dövlət qarşısında borcunu yerində yetirməsidir.

İndonaziyada yaşayan torajanlar qəbiləsində ölülər paltar geydirilərək evdə saxlanılır. Bunun əsas səbəbi isə mərhumun ailəsinin cənazə üçün pul tapa bilməməsidir. 

Liverpulda uşaqlar küçədə olan zaman vitrinlərdə manikenlər soyundurulub geyindirilə bilməz.

Banqladeşdə Şivaya sitayiş edən bir qrupun qeyri-adi ənənələri var. Hər şeyin Şiva tərəfindən yaradıldığını düşünən bu insanlar üçün pis deyə bir şey yoxdur. Narkotika istifadə edib, insan əti yeyirlər. Qızınmaq üçün ölüləri yandırır, daha sonra da paltarını geyirlər.

Hindistanda gündəlik olaraq ev təmizləməyə gedən qadınlar ailədə subay kişi varsa, onunla cinsi əlaqədə olmalıdır. 

Moritaniyada evlilik yaşı çatan qızlar ən azı 60, ən çox isə 100 kilo olmalıdır. Yemək yeməyən qızlar isə cəzalandırılır. 

Çexiyada sakinlər pivə vannasının sağlamlıq üçün vacib olduğunu düşünür. Onların fikrincə, bu, sinir sistemini sakitləşdirir.

Braziliyada bir tayfa insan öləndən sonra onu yandırır. Mərhumun külü isə ailə üzvləri arasında bölünərək yeyilir.