Evlənmək üçün “Trabzonspor”un çempionluğunu gözlədilər - Foto

evlenmek-ucun-trabzonsporun-cempionlugunu-gozlediler
Oxunma sayı: 1532

Türkiyənin Artvin şəhərində 6 il öncə nişanlanan cütlük ““Trabzonspor” çempion olacaqsa, evlənəcəyik” deyərək Qaradəniz təmsilçisinin qızıl medal qazanmasını gözləyib.

“Qafqazinfo” xəbər verir ki, trabzonlular bu il çempion olduqdan sonra cütlük rəsmi nikaha girib.

Xəbəri rus dilində oxuyun: Скидка до 3% для предпринимателей от AccessBank!

28 yaşlı Tansu və 32 yaşlı Ali Tatarın bu addımı böyük diqqət çəkib. Qatı “Trabzonspor” tərəfdarların toyuna digər azarkeşlər də gəlib. Cütlük nikah masasına da sevdiyi klubun formasında oturub.

Onlar açıqlama verərək “Trabzonspor” çempion olmasaydı, evlənməyəcəklərini bildiriblər: “2015-ci ildə tanış olduq. 6 ay sonra evlənməyə qərar verdik. Lakin “Trabzonspor”un çətin günlərində biz də çətinlik yaşadıq. O zaman söz verdik ki, nə vaxt “Trabzonspor” çempion olsa, onda evlənəcəyik. Əgər sevdiyimiz klub qızıl medalları qazanmasaydı, evlənməyəcəkdik. Hazırda çox sevincliyik”.