Evlərdən külli miqdarda oğurluq etdi

evlerden-kulli-miqdarda-ogurluq-etdi
Oxunma sayı: 788

Ağsuda evlərdən oğurluq edən şəxs saxlanılıb.

“Qafqazinfo”nun məlumatına görə, iyulun 13-də rayon ərazisindəki evlərin birindən 1500 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş T.Rəhimov saxlanılıb.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki daha 5 evdən, ümumilikdə 2720 manat və 5000 rubl (135 manat),  4850 manat dəyərində qızıl və gümüş əşyalar, habelə 2 ədəd qol saatı oğurladığı da müəyyən edilib.