Evlərdən silah tapıldı

evlerden-silah-tapildi
Oxunma sayı: 1479

Sabirabad və Sumqayıtda evlərdən silah tapılıb.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Sabirabad rayonunun Əsədli kənd sakini Fədai Soltanovun evinə baxış zamanı müvafiq sənədləri olmayan “TOZ-3” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Sumqayıt şəhərində isə H.Zeynalabdin qəsəbə sakini Seyfəddin Kərimovun evinə baxış zamanı müvafiq sənədləri olmayan “TOZ-63” markalı tüfəngi aşkar edilərək götürülüb.

Murad Əhməd