“Yeni binalarda kombi sistemləri quraşdırılır. Bu kombilərin çoxluğu, fərdi qaydada qazın çəkilməsi, kombilərin işləməsi, ətraf mühitin çirklənməsi və digər bir-biri ilə əlaqəli problemlərin əmələ gəlməsinə səbəb olub. Əslində mərkəzləşdirilmiş istilik sistemi olmalı və ərazi üzrə paylanmalıdır. Bu belə olsa, daha məqsədəuyğun olar və mən bunun tərəfdarıyam”.
“Qafqazinfo” xəbər verir ki, bunu Dövlət Ekoloji Ekspertiza Agentliyinin sədri Mirsalam Qənbərov bildirib.
O qeyd edib ki, Dövlət Ekoloji Ekspertiza Agentliyinin verdiyi rəylərdə bundan sonra bu məsələyə diqqətlə yanaşılmalıdır: “Bizim aidiyyəti qurumlar – “Azəristiliktəchizat” ASC, “Azəriqaz” İB və digər qurumlarla dəfələrlə görüşlərimiz olub. Hazırda bu məsələ ilə bağlı aidiyyəti qurumlardan cavab gözləyirik. Binaların mərkəzləşdirilmiş istilik sistemi ilə idarə olunması ilk növbədə ekoloji və sosial-iqtisadi baxımdan daha səmrəli və məqsədəuyğundur”.
Gülnar Əliyeva
Son xəbərlər
Son Xəbərlər