“Evlərə və şəxsi təsərrüfatlara ciddi ziyan dəyib” - MN

evlere-ve-sexsi-teserrufatlara-ciddi-ziyan-deyib
Oxunma sayı: 3647

Ermənistan Silahlı Qüvvələri tərəfindən bu gün səhər saatlarında Tovuzun Dondar Quşçu kəndinə atılan mərmilər yaşayış evlərinə və bir neçə həyətyanı sahəyə düşüb. 

“Qafqazinfo” xəbər verir ki, Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlının sözlərinə görə, evlərə və şəxsi təsərrüfatlara ciddi ziyan dəyib. 

Mülki şəxslər arasında xəsarət alan yoxdur.