Tərtərdə qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
“Qafqazinfo” xəbər verir ki, Tərtər RPŞ-yə fərdi yaşayış evlərinin birindən 2650 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat daxil olub. Müraciətlə əlaqədar polisin keçirdiyi tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən zərərçəkmişin qızı M.Əmirova saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.