“Evlərinizi siğortalayın”- - Millət vəkili

evlerinizi-sigortalayin-
Oxunma sayı: 1238


“Qafqazinfo”nun məlumatına görə, millət vəkili Tovuzda onların qayğı və problemlərini dinləyib. 

Qənirə Paşayeva söhbət zamanı son zamanlar rayonda artan ilanvurma hallarından danışıb və sakinləri çöldə, həyətyanı sahələrində işləyən zaman diqqətli olmağa çağırıb. 

Millət vəkili bildirib ki, yay fəsli olduğundan əkinlə məşğul olan kənd sakinləri çox diqqətli olmalıdırlar. Çünku son 1-2 ay ərzində artıq sadəcə Tovuzda bir neçə dəfə nəfər ilanvurması nəticəsində xəstəxanaya yerləşdirilib və bəzilərini xilas edə bilmək üçün təcili Bakı şəhərində 1 saylı Şəhər Kliniki Xəstəxanasının Toksikoloji şöbəsinə köçürülüb. Çöldə işləyən bütün sakinləri diqqətli olmağa çağıran millət vəkili belə hal baş verdikdə isə həmin şəxsin təcili, vaxt itirmədən rayon mərkəzi xəstəxanasına çatdırılmasının vacibliyindən danışıb.

Millət vəkili Qənirə Paşayeva həmçinin həmin kəndlərdə fiziki imkanları məhdud insanlarla da görüşüb, onların qayğıları ilə maraqlanıb və bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətlər edib. Millət vəkili kənddə sakinlərlə görüşdən sonra balacalara da xüsusi diqqət ayırıb. 

Onlarla söhbət edən Qənirə Paşayeva analarla da geniş söhbət edib və balacaları zərərli təsirlərdən qorumağa, onların fiziki olduğu qədər mənəvi olaraq da sağlam böyüməsinə xüsusi diqqət etməyə çağırıb və özünün müəllifi olduğu kitabları və bir sıra maraqlı materialları onlara hədiyyə edib. 

Millət vəkili bütün sakinləri bədbəxt hadisələrə qarşı evlərini sığortalatmağa da çağırıb.