“Evlilik təklifləri olsa da, ailə qurmaq istəmirəm”- - Vüsalə

evlilik-teklifleri-olsa-da-aile-qurmaq-istemirem-
Oxunma sayı: 7760


“Verilişin dekorasiyası hazırlanırdı.Teleməkanda mənim hazırladığım kimi qadın proqramı yoxdur. Verilişdə tək aparıcı olmayacam. Verilişin içində belə 3-4 obrazda çıxış edəcəm. Adətən verilişlər sentyabrdan başlayır. Mən  isə yay aylarında efirə çıxacam. Adətən bu aylarda  tamaşaçı kütləsi az olur. Amma inanıram ki, mənim verilişim kifayət qədər tamaşaçı toplayacaq”. 

 Əlizadə verilişlərin tez-tez tənqid olunmasından da danışıb:

“Bu tənqidlər ürəyimdəndir. Sözümü deyə bilən, dediklərimin  arxasında dayanmağı bacaran aparıcılardanam. 14 ildir ki, televiziyadayam. Əvvəllər aparıcılara deyirdilər ki, qısa ətəkdə ayağını ayağının üstünə aşırmaq olmaz. Bu abırsızlıqdır. Geyiminə məhdudiyyət qoymalısan.  Çanağın çiyninlə bərabər olmalıdır. İndi efirə qəribə görkəmdə çıxırlar. Vallah, insan açıq-saçıqlıqdan tükənir. Ləhçələrlə danışırlar, loru sözlər işlədirlər. Dövlət adamları, müğənnilərlə zarafatlar edirlər. Bu biabırçılıqdır. Mən özümə güvənirəm. Daim üzərimdə işləyirəm. Ona görə də bu cür tənqidi fikirlər səsləndirməyə haqqım çatır”

Əlizadə  ikinci dəfə ailə qurmaq haqda fikirlərini də bölüşüb:

“Mənə evlilik təklif edən insanlara hörmətlə yanaşıram. Evlilik təklifləri var. Amma hələ ki, ailə qurmaq istəmirəm. Mənimlə evlənmək istəyən sənət adamları da var. Sənət insanı ilə də ailə qura bilərəm.  Hər bir qadına ailə lazımdır. Səhv etmədən seçim etmək istəyirəm”. 

Könül