Kanal D-də yayımlanan “Kismetse olur” evlilik verilişinin iştirakçısı Serhan Çeliker nişanlanıb.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, bir müddət əvvəl qalmaqallı verilişdən ayrılan Serhan sevgilisi Fatma Aprel Kala ilə münasibətlərini rəsmiləşdirib.
Nişanda cütlüyün ailə üzvləri və yaxın dostları iştirak edib.
Qeyd edək ki, Serhan Çeliker model və aktyor kimi fəaliyyət göstərir. Sözügedən evlilik yarışmasında iştirakçının biznesmen kimi təqdim edilməsi müzakirələrə səbəb olmuş, “Kismetse olur”un saxta olması barədə iddialar irəli sürülmüşdü.
Çelikerin sevgilisi ola-ola evlilik yarışmasına qatılması isə etiraza səbəb olmuşdu.



Son xəbərlər
Son Xəbərlər