Tanınmış fransalı aktyor Vensan Kassel və həyat yoldaşı Tina Kunaki ayrılıb.
“Qafqazinfo” “Starhit”ə istinadən xəbər verir ki, cütlüyün 5 illik ailə həyatından sonra hansı səbəbdən ayrılması hələ ki məlum deyil.
56 yaşlı fransız aktyor öz sosial şəbəkə hesablarından model həyat yoldaşı ilə birgə olan fotolarını silib. Onun aprelin 5-i Tina Kunakinin doğum gününü də təbrik etmədiyi bildirilir. 26 yaşlı Kunaki və Kasselin bir qızı var.
Qeyd edək ki, cütlük 2018-ci ilin avqustunda Fransada ailə həyatı qurub. Kasselin ilk həyat yoldaşı isə məşhur aktrisa Monika Belluçi olub. Onların evliliyi 14 il davam edib.










Son xəbərlər
Son Xəbərlər