Evlilikləri cəmi 45 gün çəkdi

Evlilikləri cəmi 45 gün çəkdi
Oxunma sayı: 3447

Türkiyəli aktrisa-müğənni Merve Boluğur və aranjimançı Merd Aydının boşanma məhkəməsi baş tutub.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, cütlüyün məhkəməsi İstanbul Beykoz məhkəməsində keçirilib.

Jurnalistlərin suallarını cavablandıran Merd Aydın keçmiş həyat yoldaşına hər şey üçün təşəkkür edib və ona həyatda uğurlar arzulayıb.

Merve Boluğur isə məhkəməyə atası ilə qatılıb. O, jurnalistlərin suallarından yayınıb.

Qeyd edək ki, Merve Boluğur bundan əvvəl müğənni Murat Dalkılıçla ailəli olub.