“Evrovision”a Krım türkü göndərilir - Rusiya əleyhinə mahnı + Video

evrovisiona-krim-turku-gonderilir
Oxunma sayı: 4382

Ukraynanı “Evrovision 2016” müsabiqəsində krım tatarlarından olan Jamala təmsil edəcək.

“Qafqazinfo” Ukrayna KİV-ə istinadən xəbər verir ki, Jamala müsabiqədə krım tatarlarının deportasiyasından bəhs edən “1944” adlanan mahnı ifa edəcək. Mahnının nəqarətində krım türkcəsində sözlərdən istifadə edilib.

Xatırladaq ki, 1944-cü ilin mayında 200-mindən çox krımlı ruslar tərəfindən sürgünə məruz qalmışdı.

Qeyd edək ki, Jamala tatar və erməni ailəsində doğulub.