Türkiyənin Kahramanmaraş şəhərində Türkoğlu bələdiyyəsi ailə quran cütlüklərə əvvəlcə ağac əkdirir, sonra nikahını bağlayır.
“Qafqazinfo” xəbər verir ki, gələcək nəsillərə yaşıl təbiət hədiyyə etmək üçün bələdiyyə “Hər yeni başlanğıc, hər ağac yeni bir həyatdır” layihəsini təşkil edib.
Bu məqsədlə də, evlənmək istəyən hər cütlük nikahdan əvvəl iki ağac əkir. Nağara-zurna səsi altında təşkil olunan bu aksiya qısa müddət ərzində böyük marağa səbəb olub.
Günel Hacı


Son xəbərlər
Son Xəbərlər