Əvvəl MXD, sonra “Real” çempion oldu

evvel-mxd-sonra-real-cempion-oldu
Oxunma sayı: 719

“AtaBank” ASC-nin dəstəyi ilə “AtaHolding” və “Synergy Group” Şirkətlər Qrupunun əməkdaşları arasında keçirilən mini-futbol turnirinə yekun vurulub. 57 gün davam edən, gərgin və maraqlı mübarizə ilə yadda qalan yarışda yeni çempion müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, Heydər Əliyevin xatirəsinə həsr olunan ənənəvi turnirin 6-cı ilində MXD adını qaliblər sırasına əlavə edib. “VTB Bank”dan titulu təhvil alan yarışın sürpriz komandası finalda üçqat çempion “No Name”i məğlub edib. Üçüncü yerin sahibinin adı isə 3 ildən sonra dəyişib. “Synergetic” “Gobustone”nin “bürünc seriyası”nı qıraraq, fəxri kürsüyə yüksəlib.

Oyunların ardınca yarışın bağlanış mərasimi keçirilib. Turnirin təşkilatçısı “AtaBank” ASC-nin Kommunikasiyalar və PR şöbəsinin rəisi Oruc İbrahimov çempionatın həmişəki kimi maraqlı və gərgin keçdiyini bildirib.

Sonra turnirin mükafatlandırma mərasimi də təşkil olunub. Çempiona İtaliyadan gətirilmiş xüsusi kubokla yanaşı, 4000, 2-ci yeri tutan komandaya 3000, 3-cü pillənin sahibinə isə 2000 manat pul mükafatı verilib. Hər 3 kluba xatirə hədiyyəsi də təqdim edilib.

Mərasimində yarışın ən yaxşılarının da adları açıqlanıb. Turnirin ən yaxşı oyunçusu 1/4 finalda sonradan çempion olan MXD-yə məğlub olan “Qalaaltı Hotel”nın hücumçusu seçilib.