Əvvəl Qurbanov, sonra Qamperle -

evvel-qurbanov-sonra-qamperle-
Oxunma sayı: 752


“Qafqazinfo”nun məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionun mətbuat zalında ilk olaraq “Qarabağ”ın  baş məşqçi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandıracaq. O, media qarşısına saat 17:15-də çıxacaq.

"Yanq Boyz"un baş məşqçisi Harald Qamperlenin mətbuat konfransı isə saat 17:45-də başlayacaq. Rəqibin oyunqabağı son məşqi saat 18:15-də, "Qarabağ"ın son hazırlığı  isə saat 19:15-də Suraxanı qəsəbəsindəki bazada baş tutacaq.

Qeyd edək ki, avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Yanq Boyz" matçı saat 21:00-da başlanacaq.

“Qafqazinfo”