Əvvəl stəkan, indi isə fotoaparat atdı - Yaralı var

evvel-stekan-indi-ise-fotoaparat-atdi
Oxunma sayı: 2452

Türkiyənin məşhur aktyoru Can Yaman “Erkenci Kuş” serialının çəkiliş meydançasında qalmaqal yaradacaq addım atıb. 

“Qafqazinfo” xəbər verir ki, Can Anadolu Yakasında olarkən onları izləyən tamaşaçılardan biri ona “Bu Demet Özdemirdə nə tapmısan?” sualını verib.  Aktyor buna əsəbiləşərək əlindəki fotoaparatı  vətəndaşa atıb. Lakin izləyici kənara çəkilib, serialın digər aktyoru ağır şəkildə yaralanıb. Adı açıqlanmayan tanınmış sima xəstəxanaya yerləşdirilib. 

Bu məqamda bildirək ki, Can bir neçə il bundan əvvəl başqa bir serial çəkilişində həmkarı Selen Soyderə stəkan atmışdı.