"Qafqazinfo" həmin müsahibəni təqdim edir:
-Aqil müəllim, hazırda nə işlə məşğulsunuz?
-Heç nəyə çəkilmirəm. Ancaq öz işlərimlə məşğulam.
-Rejissorlar dəvət edirlər?
-Çəkmək istəyirlər, ancaq getmirəm elə yerlərə.
-Seriala çəkmək istəyirlər?
-Hə.
–Niyə getmirsiz, nə qane eləmir sizi?
-Mənim nəyimə lazımdır uşaq-muşaqlarla çəkilim?!
-Yenə də kababçı işləyirsiniz?
-Bəli.
-Əvvəl Pirşağıda dəniz kənarında işləyirdiniz, deyəsən...
-Hə, əvvəl elə idi. İndi özüm üçün ancaq “zakaz”lara gedirəm.
-Yəqin ki, yaxın adamların məclisini nəzərdə tutursunuz...
-Yaxın adam deyəndə ki, maşallah hamı tanıyır da. Həftənin şənbə-bazar günləri həmişə işim olur. Elə olur ki, beşinci günlər də işləyirəm.
-Deməli, dolanışıq pis deyil...
-Şükür Allaha. Əvvəl toylarda işləyirdim. İndi şəxsi məclislərə gedirəm.
-Neçə yaşınızdan bu işlə məşğulsunuz?
-1969-cu ildə əsgərliyə getmişəm. Orda kababçılığı oxumuşam. 1971-ci ildə əsgərlikdən gələndən sonra kababçı işləyirəm. Sonra gəlib burda da oxudum. Üç dənə diplomum var bu sahə üzrə. Altıncı dərəcəli baş aşpazam.
-Yaxşı təklif olsa, nəyəsə çəkilmək istərdiniz?
-Bundan sonra nəyəsə çəkilmək istəmirəm. Bu, mənə lazım deyil.
Son xəbərlər
Son Xəbərlər