“Əvvəlcə nələr edə biləcəyimizi planlaşdıracağıq”

evvelce-neler-ede-bileceyimizi-planlasdiracagiq
Oxunma sayı: 2177

Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələrinin əməkdaşlarından ibarət birinci qrup Türkiyədə tüğyan edən meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş ölkəyə yollanıb.

“Qafqazinfo”nun TRT-yə istinadən xəbərinə görə, heyətin rəhbəri, FHN Dövlət Yanğından Mühafızə Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Rza Xudiyev Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu dilə gətirib.

“Əvvəlcə ümumi bir çalışma və koordinasiya ilə nələr edə biləcəyimizi planlaşdıracağıq. Biz canımızla, qanımızla hər zaman Türkiyənin çətin günündə yanındayıq.

Nə zaman bizə ehtiyac olsa, hər zaman Türkiyənin yanında olacağıq. Birliyimizi göstərəcəyik”, - R.Xudiyev bildirib.