Əvvəlcə qasırğa, sonra zəlzələ - 5,6 bal

evvelce-qasirga-sonra-zelzele
Oxunma sayı: 1813

Yaponiyanın Honsyu adasının şimal-şərqində zəlzələ baş verib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, zəlzələnin maqnitudası 5,6 bal olub. Bu barədə Yaponiyanın Milli Meteorologiya İdarəsindən bildirilib. Zəlzələnin episentri Sakit okeanda qeydə alınıb. Hələlik sunami təhlükəsi yoxdur. 

Xatırladaq ki, zəlzələdən qabaq Yaponiyada “Dzebi” tayfunu başlayıb.