“Ümumi aparılmış testlərin 1,3 faizi pozitiv olub”.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
O bildirib ki, önümüzdəki günlərdə gündəlik test sayının 4 minə endirilməsi nəzərdə tutulur: “İyun ayından etibarən stereoloji testlər aparacağıq. Koronaviruslara insanlar təkrar yoluxa bilir. Buna görə sentyabr ayında sağalan xəstələr yenidən test ediləcək. Bundan başqa, fevralın 29-dan öncə, noyabr-yanvar aylarında kəskin pnevmaniyadan müalicə olunan şəxslərin siyahısı hazırlanıb, onlar da testdən keçiriləcək. Həmin şəxslər qan analizi vermək üçün dəvət olunacaqlar”.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər