“Əvvəlki nazir və ya icra başçısı ilə işləmək cinayətdir?”

evvelki-nazir-ve-ya-icra-bascisi-ile-islemek-cinayetdir
Oxunma sayı: 3291

“Həm yerli, həm də mərkəzi icra hakimiyyətlərində hər hansı dəyişiklik olanda ilk növbədə kadr islahatına başlanılır”.  

 “Qafqazinfo” xəbər verir ki, bu fikirləri millət vəkili Siyavuş Novruzov parlamentin iclasında hökumətin hesabatının müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, hansısa qurumda uzun müddət işləyən, fəaliyyət göstərən, kifayət qədər təcrübəsi olan insanları vəzifəyə gələn kimi işdən çıxarırlar: “Bunun səbəbi odur ki, həmin yerə yeni rəhbər gəlib. İşdən çıxarılan adam nə ölkəsinə xəyanət edib, nə rüşvətxorluqla məşğuldur. Əvvəlki nazir və ya icra başçısı ilə işləmək cinayətdir? Həmin insan da Azərbaycanda işləyib. İllərini bir işə sərf edən gözləyir ki, onu işində irəli çəkəcəklər. Amma yeni gələn rəhbər onu işdən çıxarır. Kadrların qorunması işi vacibdir”.

Zaur Mirzə